Macarıstanın baş naziri Viktor Orban Kiyevə səfərindən sonra Moskvaya gedəcək.
Viral.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu”nun mənbələri bildirib.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Məlumata görə, Orban cümə günü, iyulun 5-də Moskvaya səfər edəcək və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Yerli mətbuat yazır ki, Kremlə səfəri zamanı Orbanı ölkənin xarici işlər naziri Peter Siyerto müşayiət edəcək.
Qeyd edək ki, Orban bu həftə Kiyevə səfər edib.