“SpaceX”in “Falcon 9” raketi NASA tərəfindən “Compton Spectrometer and Imager” (COSI) qamma-şüa teleskopunu 2027-ci ildə işə salmaq üçün seçilib.
Viral.az xəbər verir ki, bu barədə “ArsTechnica” məlumat yayıb.
Nəşr qeyd edir ki, “Falcon 9” hazırda Yer ekvatorundan 550 kilometr yüksəklikdə yerləşən orbitə təxminən bir ton ağırlığında faydalı yük çıxara bilən yeganə mövcud və NASA tərəfindən sertifikatlaşdırılmış raketdir.
Son Yazılar:
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir: Bakıya GƏTİRİLDİ
- Ata öldü, qızı və nəvələri YARALANDI
- Azərbaycanlı müğənni toy günü 6 saat liftdə qaldı
Kosmik gəminin belə orbitdə yerləşdirilməsi ona Braziliya maqnit anomaliyasının təsiri nəticəsində yaranan şüalanmadan qaçmağa imkan verəcək.
Missiyanın məqsədi kütləvi ulduzların partlaması nəticəsində yaranan qamma şüalarını öyrənməkdir.
COSI-nin buraxılması üçün NASA-nın SpaceX ilə müqaviləsi 69 milyon dollar dəyərindədir.
İyun ayında “SpaceNews” NASA-nın Beynəlxalq Kosmik Stansiyanı (ISS) Yer orbitindən çıxarmaq üçün nəzərdə tutulmuş Amerika Birləşmiş Ştatları Deorbit Vasitəsini (USDV) inşası üçün SpaceX-ə 843 milyon dollara qədər vəsait ayıracağını bildirib.
(redaktor.az)