İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Co Baydenə zəng edərək Qəzza zolağında hərbi əməliyyatın yalnız bütün məqsədlərinə çatdıqdan sonra başa çatacağını bildirib.
Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.
“Baş nazir girovların azad edilməsi üçün və danışıqları davam etdirmək üçün bir qrup göndərmək qərarı barədə prezidenti məlumatlandırdı və İsrailin sadiq olduğu prinsipləri təsdiqlədi, bunlardan ən başlıcası müharibəni yalnız bütün məqsədləri yerinə yetirildikdən sonra dayandırmaq öhdəliyidir”, – məlumatda bildirilir.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
(redaktor.az)