Debatdan əvvəl pis bir gecə keçirdim

ABŞ prezidenti Co Bayden keçmiş prezident Donald Trampla debatda çaşdığını etiraf edib, lakin onun prezident seçkilərində qalib gələcəyinə əmin olduğunu bildirib.

Bu barədə Viral.az “TASS”a istinadən xəbər verir.

“Debatdan əvvəl pis bir gecə keçirdim. İş ondadır ki, bilirsiniz, mən pis oldum, səhv etdim. Biz bu seçkidə qalib gələcəyik, 2020-ci ildə etdiyimiz kimi Donald Trampı məğlub edəcəyik”.

Son Yazılar:

İyunun 27-də Corciya ştatının Atlanta şəhərində Bayden və onun əsas siyasi rəqibi respublikaçı Donald Tramp arasında teledebat baş tutub. Çıxışlarının tezislərinin yanlarında olması qadağan edilib.

(redaktor.az)