Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı, kurort turizm zonası Batumda mənzillərə tələbat azalıb.
Viral.az xəbər verir ki, bununla bağlı “Galt & Taggart” investisiya şirkətinin araşdırma nəticələri yayımlanıb.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
2024-cü ilin birinci rübündə Qara dəniz sahilindəki Batumda mənzillərin satışı 22,8% azalıb.Ümumilikdə 3,4 min mənzil satılıb.
Bazarın həcmi 209,3 milyon dollar təşkil edib. Yeni tikililərin satışı 22,3 faiz, köhnə mənzillərin satışı isə 22,1 faiz azalıb.
Batumda mənzillərin orta qiyməti il ərzində 8,1% azalaraq 1 kv.m üçün 857 dollar təşkil edib.