Türkiyə ordusu şəhid verdi 

Türkiyə Ordusunun hərbi qulluqçusu şəhid olub.

 

Viral.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, bu gün terror təşkilatının üzvləri ilə toqquşma zamanı çavuş Cebrail Acar həyatını itirib.

 

Açıqlamada 2 terrorçunun zərərsizləşdirildiyi bildirilib.