İnsanın üzünün temperaturunun onun sağlamlığı barədə bir çox məlumat verdiyi məlum olub.
Viral.az medicina-ya istinadən xəbər verir ki, alimlər üz temperaturu vasitəsilə insanın yaşını, həmçinin yüksək qan təzyiqi və diabet kimi xəstəlikləri riskini müəyyən etməyin mümkün olduğunu bildiriblər.
21-88 yaş arasında olan 2 800 çinli pasiyentin üz temperaturu ölçülüb və onların tibbi məlumatları təhlil edilib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Temperatur fərqlərin süni intellekt və istilik xəritələrindən istifadə etməklə müəyyən olunub.
Yaşlıların gənc iştirakçılara nisbətən daha soyuq burun və daha isti göz bölgəsinə malik olduqları müəyyən edilib.
Hipertoniyası olanların yanaqları yaşıdlarına nisbətən daha isti olub.
Şəkərli diabet və qaraciyər yağlanması kimi metabolik pozğunluqları olanlarda isə göz bölgələrində daha yüksək istlik qeydə alınıb.
Tədqiqatçılar növbəti mərhələdə “termal yaş”ın ürək xəstəlikləri və yuxu pozğunluğu ilə əlaqəli olub-olmadığını araşdıracaqlar.