Bir çoxlarının sevimli yeməyi olan steyklər təhlükə mənbəyidir.
Viral.az medicina-ya istinadən xəbər verir ki, son illərdə restoranların ən bahalı yeməkləri arasında yer alan steyklərin az bişirilməsi dəb halını alıb.
Ancaq həkimlər az bişmiş ətin ölümcül təhlükəli olduğu barədə xəbərdarlıq ediblər.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Dr. Aleksandr Umnov bildirib ki, yaxşı bişməmiş ətdə “Campylobacter” kimi xəstəlik törədən bakteriyalar ola bilər:
“Bu bakteriyalar adətən mal-qaranın bağırsaqlarında olur, lakin heyvanın ölümündən sonra toxumalara keçir.
Bu cür bakteriya artrit, ürəyin və qan damarlarının zədələnməsi, enterokolit, meningit və digər xəstəliklərə səbəb ola bilər”.
Həkim qeyd edib ki, ət dondurulub və sonra yaxşıca qızardılırsa,” Campylobacter” də daxil olmaqla, bütün bakteriyalar böyük ehtimalla öləcək.
“Ətdə hələ də qırmızı liflər olduqda, yoluxma və xəstəlik riski daha yüksəkdir”, – deyə o qeyd edib.
Doktor vurğulayıb ki, iribuynuzlu heyvandan keçən bakteriya yalnız bağırsaqlarda parazitlik edirsə, donuz ətinin sürfəsi beyin də daxil olmaqla, digər insan orqanlarına keçərək ciddi ziyan vura bilər.
“Çiy ət vasitəsilə ağır zəhərlənməyə, hətta ölümə səbəb olan salmonellyoz və ya kampilobakterioza yoluxa bilərsiniz. Bundan əlavə, teniarhynchosis (parazitar xəstəlik) inkişaf edə bilər. Bu, əsəbilik, yuxusuzluq və ya yorğunluq, baş ağrıları, taxikardiya və ya aşağı qan təzyiqi, allergik reaksiyalar və narahatlıq yaradır.
Xəstəliyin ağırlaşması hallarında pankreatit, xolesistit, kəskin appendisit müşahidə oluna bilər”, – deyə həkim xəbərdarlıq edib.