Bu gün Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.
Viral.az-ın məlumatına görə, sammit iki gün davam edəcək.
Tərəflər təbii fəlakətlər, iqlim dəyişikliyi nəticəsində yaranan fəlakətlərə qarşı kollektiv cavab tədbirlərini, həmçinin TDT-yə üzv ölkələrin nəqliyyat əlaqələrinin gücləndirilməsini müzakirə edəcəklər.
Son Yazılar:
- Goranboyda sevgilisi qadını bıçaqladı, avtomobillə üzərindən KEÇDİ
- “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü: 1 il həbs VERİLDİ
- “Ukrayna dairəsi”nin yeni layihəsi hazırlandı
Sammitdə Azərbaycan, Qazaxıstan, Özbəkistan prezidentləri, Türkiyə və Macarıstan hökumət başçıları iştirak edəcəklər.
Qeyd edək ki, Şimali Kipr prezidenti Ersin Tatarın da görüşdə iştirak edəcəyi gözlənilir.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da sammitdə iştirak edəcəyi bildirilsə də, son anda onun Azərbaycan səfərini təxirə saldığı, 6 iyulda Amaniyaya gedəcəyi və Türkiyə millisinin oyununu izləyəcəyi bildirilib.