Belarus Rusiya və Ukraynanı müharibəni dayandırmağa ÇAĞIRDI

Minsk platforması Ukraynadakı qanlı münaqişənin nizamlanması üçün danışıqlara açıqdır.

Viral.az xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Sergey Aleynik bildirib.

“Biz münaqişənin səbəblərini mürəkkəb və əhatəli hesab edirik. Biz dəqiq bilirik ki, bütün bu vəziyyət təhrik edilib, indi də kənardan – bundan birbaşa divident alanlar tərəfindən şişirdilir”, – nazir deyib.

Son Yazılar:

Aleyinik münaqişənin acı nəticələrini qalan tərəflərin ödədiyini qeyd edib.

“Nəticədə minlərlə insan, o cümlədən dinc sakinlər həlak olur. Milyonlarla insan qaçqın vəziyyətinə düşüb”, – diplomat vurğulayıb.

O, əmin edib ki, Minskin mövqeyi əvvəldən dəyişməzdir: insan tələfatını dayandırmalı və danışıqlara başlamaq.
“Biz də öz tərəfimizdən bu məsələdə kömək etməyə hazırıq. Minsk platforması danışıqlar üçün açıqdır”.