Regionda sülhün alternativi yoxdur və bu, bizim prinsipial mövqeyimizdir.
Viral.az xəbər verir ki, bunu İranın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani jurnalistlərlə söhbətində Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən deyib.
O qeyd edib ki, İran öz mövqeyini bildirib və söhbət beynəlxalq səviyyədə tanınmış sərhədlərdən gedir.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
“Bizim fikrimiz budur ki, məsələlər beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həll olunmalıdır”.
Bununla yanaşı, onun sözlərinə görə, ABŞ-ın sülh dialoqunda rolu yaxşı deyil.
“Onlar başqa məqsədlər güdürlər, Qafqazı başqa ölkələrdən qisas almaq platformasına çevirməyə çalışırlar. Biz böyük şeytan Amerika ilə təcrübəyə malik olduğumuz üçün onların bəyanatlarına çox pessimist yanaşırıq. Biz inanmırıq ki, onlar region xalqlarının xeyrini istəyirlər. Onlar kifayət qədər uzaqdadırlar ki, gərginlik onlara təsir etməyəcək”.
Səfirin fikrincə, əgər ABŞ bəzi ölkələri danışıqlardan kənarda qoymaq istəyirsə, bu, onların istəyinin aydın olmadığını göstərir.
“Biz hərtərəfli sülhün hökm sürməsini istəyirik. Təəssüf ki, ABŞ, o böyük şeytan məqsədlərinə çatmaq üçün öz alətlərindən istifadə edir”, – Mehdi Sobhani vurğulayıb.
Səfir qeyd edib ki, sülh “3+3” düsturu çərçivəsində əldə edilməlidir.