Lənkəranda ağır yol qəzası- Yaralılar var

Lənkəran rayonunda baş verən ağır yol qəzasında bir neçə nəfər yaralanıb.

 

Viral.az-ın məlumatına görə, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib.

Son Yazılar:

 

Belə ki, “Azsamand” və “Volkswagen” markalı avtomobillər toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.

 

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.