Bayden seçki qərarını elan etdi: namizədlikdən geri ÇƏKİLMƏYƏCƏK

ABŞ Prezidenti Co Bayden seçki kampaniyasından geri çəkilmək niyyətində olmadığını və onu davam etdirmək niyyətində olduğunu açıqlayıb.
 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, dünən seçki qərargahına bildirib.

“Mən sona qədər seçki kampaniyasında iştiraka davam edəcəyəm və biz qalib gələcəyik”, – deyə Bayden vurğulayıb.

Son Yazılar:

Bəziləri hesab edirdilər ki, eks-prezident Donald Trampla sonuncu teledebatın uğursuzluğundan sonra Bayden namizdəlikdən geri çəkiləcək.