Xəbər verildiyi kimi, 2 iyun 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonunun Hunanlar kəndi ərazisində içərisində 3 nəfərin olduğu avtomobilin Kür çayına düşməsi barədə məlumat daxil olub və dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, həmçinin Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən axtarışlara başlanılıb.
“Unikal” xəbər verir ki, aparılan intensiv axtarışların nəticəsi olaraq, 9 iyun 2024-cü il tarixində batan 3 nəfərdən birinin – 1992-ci il təvəllüdlü Cəfərov Vüqar Rəsul oğlunun meyiti dalğıclar tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər iki nəfərin – 1988-ci il təvəllüdlü Sadıqov Elxan Sakit oğlu və 1989-cu il təvəllüdlü Quliyev Tural Hüseyn oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən müddət ərzində müşahidə olunan qeyri-sabit və əlverişsiz hava şəraitinə baxmayaraq fasiləsiz olaraq həyata keçirilib.
Son Yazılar:
- Ekoloji aspektdə fəaliyyətimiz dayanıqlı inkişaf prinsiplərinə uyğundur
- “Boyunu yerə soxduqlarım yanıma gəlmir!” – Meyxanaçı Xəyyam OD PÜSKÜRDÜ
- Türkiyə klubunun baş məşqçisi ÖLDÜRÜLDÜ
Son həftələr ərzində yağan intensiv yağışlar nəticəsində Kür çayında suyun səviyyəsi və axının sürətinin xeyli artması, sualtı görüntü məhdudiyyəti nəzərə alınaraq, batdığı ehtimal olunan şəxslərin axtarışlarına SOCAR-ın Geofizika və geologiya idarəsinin xüsusi texniki vasitələri cəlb olunmaqla axtarış işləri birgə davam etdirilir.