Əməkdar artist, Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev “Green Card” udub.
Viral.az xəbər verir ki, bu barədə lent.az-a aktyor özü məlumat verib.
“”Green Card” udsam da Amerikaya köçmək niyyətim yoxdur. Orada qızım və nəvələrim yaşayır. Bu kart vasitəsilə ABŞ-a rahat gediş gəliş imkanı əldə edə bilərdim. Lakin mənim ölkədən çıxışıma yasaq qoyulduğu üçün görünür bu imkandan istifadə edə bilməyəcəm. Artıq sənədləşmə müddətinin başa çatmasına çox az qalıb”,- deyə o bildirib.