General Kənan Seyidov Naxçıvandakı Ordunun komandanı təyin edilib

Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun komandanı vəzifəsinə təyin edilib. 

Viral.az xəbər verir ki, bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkədə yayıb.

Məlumata görə, Kənan Seyidovun təyinatı ilə bağlı müvafiq əmr imzalanıb. 

Son Yazılar:

Qeyd edək ki, K.Seyidov 1974-cü ildə İmişli rayonunda anadan olub. O, 2003-cü ildə “Azərbaycan Bayrağı” ordeni, 2014-cü ildə “Vətən uğrunda” medalı, 2016-cı ildə “İgidliyə görə” medalı ilə təltif edilib. 

K.Seyidov İkinci Qarabağ müharibəsi zamanı Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri komandanının birinci müavini – qərargah rəisi olub.

Prezident İlham Əliyevin 2020-ci il noyabrın 20-də imzaladığı sərəncamla Vətən müharibəsinin komandirlərindən biri olmuş K.Seyidova general-mayor ali hərbi rütbəsi verilib.

Vətən müharibəsindəki rəşadətinə görə, ona Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. 

O, daha sonra Prezidentin müvafiq sərəncamına əsasən, Ordu birliyinin komandiri təyin olunub.