Finlandiyada keçirilən sorğuda respondentlərin 52 faizi Ukraynaya qoşun yeritməyi mümkün hesab edib.
Viral.az xəbər verir ki, sorğunun nəticələrini Finlandiyanın “Yle” milli yayım şirkəti təqdim edib.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
Sorğuda iştirak edən Finlandiya vətəndaşlarının 52 faizi hesab edir ki, Aİ ölkələri Ukrayna müharibədə Rusiyaya məğlub olarsa, qoşun göndərməlidir.
“Yle”nin hesabatında gələn həftə keçiriləcək Avropa Parlamentinə seçkilərdə iştirak edən seçicilərlə namizədlər arasında geniş fikir ayrılığı qeyd olunur. Ukraynaya kritik vəziyyətdə qoşun yeridilməsi ehtimalını solçu partiyalardan olan namizədlərin cəmi 16 faizi və seçicilərin 58 faizi dəstəkləyir.
Hakim sağçı mühafizəkar koalisiya tərəfdarları arasında isə vəziyyət əksinədir: qoşunların yeridilməsi sorğuda iştirak edən seçicilərin 51 faizi və namizədlərin 75 faizi tərəfindən dəstəklənir.
Finlandiya İkinci Dünya müharibəsindən sonra uzun müddət neytrallıq siyasətini davam etdirib, lakin Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO-ya qəbul üçün müraciət edib və 2023-cü ilin əvvəlində alyansa üzv olub. Eyni addımı İsveç də atıb.