Azərbaycan Dövlət İnformasiya Agentliyi
REGİONLAR
Şəkidə fermada yanğın baş verib
Son Yazılar:
- Leyla Əliyeva Bakıda sərgi açılışında
- Roluna görə təzyiqlərə məruz qaldı
- ABŞ Ermənistan daxil olmaqla bir çox olkələrə yardımı faydasız hesab edərək DAYANDIRDI
05.07.2024 [20:22]
A+ A-
Şəki, 5 iyul, AZƏRTAC
Şəki şəhərinin yaxınlığında fermada baş verən yanğın söndürülərək yaşayış massivinə, ətrafa yayılmasının qarşısı alınıb.
Viral.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Şəki şəhəri, B.Vahabzadə küçəsində ferma ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olub. Əraziyə dərhal bir neçə yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.
İlkin məlumata əsasən ferma ərazisində ümumi sahəsi 752 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, bitişik ümumi sahəsi 12 m² olan gözətçi otağının yanar konstruksiyaları və ətrafında 480 m² sahədə kol-kos yanıb. Yaxınlıqdakı tikililər, yaşayış massivi, sənaye obyektləri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma başlanıb.