Xəbər verdiyimiz kimi, Britaniyada keçirilmiş erkən parlament seçkilərində müxalifətdə olan Leyboristlər Partiyası böyük fərqlə qələbə qazanıb.
Nəticədə partiyanın lideri Keir Starmer ölkənin yeni baş naziri olub.
Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən Böyük Britaniya Kralı III Çarlzdan yeni hökuməti qurmaq təklifini qəbul edən Keir Starmer Nazirlər Kabinetinin üzvlərini açıqlayıb.
Son Yazılar:
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
- 2024-cü ildə rekord sayda humanitar işçi ölümü qeydə alınıb
Yeni təyinatlara əsasən, Ancela Reyner Baş nazirin müavini təyin olunub.
İvett Kuper daxili işlər naziri, Devid Lemmi xarici işlər naziri, Ed Milibend enerji naziri, Con Hili müdafiə naziri, Reyçl Rivz maliyyə naziri təyin olunub.
Bununla da Reyçl Rivz Britaniyanın ilk qadın maliyyə naziri olub.