Ermənistan-ABŞ birgə hərbi təlimləri keçiriləcək

İyulun 15-dən 24-dək Ermənistanda erməni-amerikan burgə hərbi təlimləri keçiriləcək.

Viral.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcək. Təlimlər sülhməramlı tapşırıqları yerinə yetirərkən münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi üzrə əməliyyatları əhatə edir.

Son Yazılar:

Təlimin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübənin mübadiləsi, o cümlədən erməni bölməsinin döyüş hazırlığının artırılmasıdır.

“Sülhməramlı missiyalara hazırlıq çərçivəsində beynəlxalq sülhməramlı əməliyyatlara hazırlaşan bölmələr mütəmadi olaraq tərəfdaş ölkələrdə keçirilən oxşar birgə hərbi təlimlərdə və təlimlərdə iştirak edirlər”, – məlumatda deyilib.