İranda keçirilən növbədənkənar prezident seçkilərinin 2-ci turunda azərbaycanlı namizəd Məsud Pezeşkianın dövlət başçısı seşilməsi dünya mətbuatının müzakiə olunan əsas mövzularındandır.
Viral.az saytının məlumatına görə, politoloq Elxan Şahinoğlu bildirib ki, İranda Məsud Pezeşkianın prezident seçilməsi ölkəsi içində və xaricində ondan gözləntiləri artıracaq.
“Pezeşkian Təbrizin millət vəkili kimi parlamentdə keçmiş hökumətləri tənqid edən fikirlər söyləyib, azərbaycanlıların üzləşdiyi problemlərdən danışır, Tehranın Azərbaycan və Türkiyə xarici siyasətinin dəyişdirilməsi vacibliyini vurğulayırdı. O bu fikirlərini seçki təbliğatı dövründə bu və ya digər şəkildə səsləndirib. Pezeşkian bu vədləri yerinə yetirə biləcəkmi? Böyük ehtimalla İranın ali dini lideri və onun ətrafı, o cümlədən dövlət içində dövlət olan SEPAH Pezeşkiana əngəllər yaradacaq. Hər halda Qərb ölkələrinin də Pezeşkiandan gözləntiləri olacaq. Ermənistan isə Pezeşkianın seçilməsindən narahatdır. Azərbaycan İranla normal qonşuluq münasibətlərində, o cümlədən ortaq layihələrin reallaşmasında maraqlıdır, bir şərtlə ki, Tehran və Qum daxili işlərimizə qarışmasın”.
Son Yazılar:
- İcra başçısının birinci müavini məhkəmədə vətəndaşa UDUZDU
- Bu ölkədə göyöskürək epidemiyası elan EDİLDİ
- Premyer Liqada XIV tura bu gün start VERİLƏCƏK
Siyasi şərhçi Nazim Cəfəroyun sözlərinə görə, İranda son 100 ildə mərhələli, xüsusilə də İslam inqilabından sonra geri plana itələnən və təzyiq altına alınan Türk bilinci və Azərbaycan amili yenidən daxili siyasətdə öz gücünü ortaya qoymağa başlayır.
“Burada Güney Azərbaycan milli hərəkatının rolunu isə xüsusi vurğulamaq gərəkdir.
Başlanğıcda Türk və Azərbaycan amili mövcud sistemin sərhədlərini cızdığı dar çərçivədə gündəmə gəlsə də, zamanla öz sərhədlərini özü ortaya qoyacaqdır. Bu gündən bu açılımın sərhədlərinin necə olacağını indidən demək çətindir, amma yavaş-yavaş İran daxili və xarici siyasətində müəyyən pozitiv işarələri görünəcək.
Məsələn, İran prezidentinin ilk səfərini Azərbaycan və ya Türkiyəyə etməsini gözləyə bilərik. İrəliləyən dövrdə İran Türd Dövlətləri Təşkilatı üçün dialoq ortağı və ya müşahidəçi status arzusunu dilə gətirə bilər. Azərbaycan-Türkiyə-İran üçlü platformasının da fəallaşması mümkündür.
Bu arada İran xarici siyasətində gözlənilən pozitiv addımlara qarşı ənənəvi müxalifətdən yanaşma və hətta sabotajları da nəzərdə saxlamaq lazımdır”.