Ermənistanın baş naziri Nikol Paşinyan Məsud Pezeşkiana İran prezidenti seçilməsi münasibətilə təbrik məktubu göndərib.
Viral.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyanın təbrik mesajında qeyd olunub:
Son Yazılar:
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
- Netanyahu Britaniyaya gəlsə, həbs olunacaq
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix AÇIQLANDI
“Ermənistan müstəqilliyini elan edəndən bəri davamlı şəkildə inkişaf edən qardaş İranla əlaqələr hökumətimiz və xalqımız üçün xüsusi əhəmiyyət kəsb edir. Ermənistan və İran arasında isti münasibətlərin daim dərinləşməsi həm ikitərəfli əməkdaşlıq, həm də regional sabitlik və rifah kontekstində xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, hökumətlərimizin birgə səyləri nəticəsində Ermənistan və İran arasında əldə olunmuş razılaşmalar həyata keçiriləcək və birgə səylərlə biz bir sıra yeni layihələrin reallaşdırılmasına başlayacağıq”.