Məsud Pezeşkianın prezident seçkilərinin ikinci turundakı rəqibi, mühafizəkar namizəd Səid Cəlili də onu qazandığı qələbə münasibətilə təbrik edib.
Viral.az “Mehr”ə istinadən xəbər verir ki, Səid Cəlili öz mesajında keçmiş rəqibini qələbəsi münasibətilə təbrik edib və şəffaf seçkiləri bir daha İran İslam Respublikasının demokratik mahiyyətinin nümayişi kimi qiymətləndirib.
Cəlili deyib ki, “indi ölkədəki bütün insanların ölkənin beynəlxalq arenada statusunun yüksəldilməsi üçün Pezeşkiana kömək etmələrinin vaxtı çatıb”.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
İranın Seçki Qərargahının məlumatına görə, ölkə daxilində və xaricində namizədlərə verilən səslərin ümumi sayı 30 milyon 530 min 157 səsdir. Səslər aşağıdakı kimi bölünüb:
Məsud Pezeşkian 16 milyon 384 min 403 səs;
Səid Cəlili 13 milyon 538 min 179 səs.