Türkiyə Niderlandla oyuna bu heyətlə çıxacaq

Bu axşam Türkiyə milli komandası Avro-2024-ün 1/4 finalında Niderland yığması ilə qarşılaşacaq.

Viral.az xəbər verir ki, “Ay-ulduz”lu komandanın italiyalı baş məşqçisi Vinçenzo Montella oyun öncəsi veridyi açıqlamada qələbə qazanacaqlarına inandığını vurğulayıb.

“Biz tarix yazmaq istəyirik. Niderlanda oyununa hazırıq. Merih Demirala haqsız cəza verildi. Üzgünük, amma bu, bizi daha çox motivasiya edəcək”, – baş məçqmi deyib.

Son Yazılar:

Türkiyə millisinin meydana çıxacaq heyəti də artıq məlumdur: Mert Günok, Mert Müldür, Samet Akaydın, Abdülkerim Bardakçı, Ferdi Kadıoğlu, Okay Yokuşlu, Kaan Ayhan, Hakan Çalxanoğlu, Kenan Yıldız, Arda Güler, Barış Alper.

Qeyd edək ki, bu gecə keçiriləcək Niderland – Türkiyə matçı saat 23:00-da başlayacaq. Oyun Berlində yerləşən Olimpiya stadionunda baş tutacaq.