Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 6-da keçirilən iclasında Yeni Azərbaycan Partiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərində səlahiyyətli nümayəndələrin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.
Viral.az xəbər verir ki, iclasda YAP-ın 77 səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə bir səlahiyyətli nümayəndəsi qeydə alınıb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.