“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin və Naxçıvan Hərbi Kollecinin yaradılması haqqında” qərara dəyişiklik edilib.
Viral.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, kolleclərdə orta ixtisas təhsilini başa vuran kursantlara artıq “miçman” hərbi rütbəsi də veriləcək.
Son Yazılar:
- Almaniyanın yeni hökuməti də Rusiyaya qarşı sanksiyalar rejiminə riayət edəcək
- Yevgeniya Qutsul ev dustaqlığına BURAXILDI
- Fuat Oktay İlham Əliyevə təbrik məktubu ÜNVANLADI
İndiyə qədər kolleclərdə orta ixtisas təhsilini başa vuran kursantlara “subbakalavr” peşə ixtisas dərəcəsi, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi – diplom və Universitet tərəfindən döş nişanı, habelə hərbi-uçot ixtisasları üzrə 3-cü məharət dərəcəsi və sertifikat, eləcə də müdafiə nazirinin əmri ilə “gizir” hərbi rütbəsi verilirdi.