-->

Üzərində kərə yağı yazılsa da, içi bitki yağı imiş…

Üzərində kərə yağı yazılsa da, içi bitki yağı imiş...

Azərbaycanda bəzi kərə yağlarında uyğunsuzluq aşkarlanıb. 

Viral.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. 

Bildirilib ki, fiziki şəxs Cəfərov Əli Telman oğlunun istehsal etdiyi kərə yağlarından götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyalarında bitki sterinləri (Kampesterin, Stiqmasterin, Beta-sitosterin), eyni zamanda normativ sənədlə bu növ məhsulun tərkibində istifadəsinə icazə verilməyən qida əlavələri (Sorbin və Benzoy turşuları) aşkarlanıb.

Son Yazılar:

Faktla bağlı Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilərək qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

Qeyd edilib ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edildiyi halda, faktiki tərkibində bitki yağının aşkarlanması istehsalçı tərəfindən istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur.

Həmçinin tərkibində Sorbin (E200) və Benzoy (E210) turşuları olan məhsulların həddindən artıq istehlakı insanlarda allergik reaksiyaların yaranmasına səbəb ola bilər ki, qüvvədə olan normativ sənədə uyğun olaraq bəzi məhsullarda həmin qida əlavələrinin istifadəsi qadağandır.

Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:






Məhsulun adı

Məhsulun istehsal və son istifadə tarixləri

Aşkarlanan uyğunsuzluq

1.

“Westfood” əmtəə nişanlı 82.5% yağlılıqda qaymaqdan təbii kərə yağı

07.02.2025-07.02.2026

Kampesterin,

Stiqmasterin,

Beta-sitosterin,


Sorbin (E200) turşusu,


Benzoy (E210) turşusu

2.

“Beloruskiy Kray” əmtəə nişanlı 82.5% yağlılıqda təbii kərə yağı

05.03.2025-05.03.2026

Kampesterin,

Beta-sitosterin

4a12e71e 89ef 4f6b 9156 d2a0c9f04c05

3b77b623 fca1 4b58 92b4 7d8d3a6c6636

70f27e65 c747 4138 a373 8d99371b9882

265e6f09 f4eb 45d6 ab14 bbfce2f31240