Fransada parlament seçkilərinin ikinci turu

Bazar günü Fransa parlamentinin aşağı palatasına seçkilərin ikinci turu keçiriləcək.

 

Viral.az “İnterfaks”a istinadən xəbər verir ki, seçki məntəqələrinin əksəriyyəti yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə saat 10:00) açılacaq və iş saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) başa çatacaq.

Son Yazılar:

 

Bəzi şəhər və departamentlərdə məntəqələrin cədvəli fərqli ola bilər. Xüsusilə böyük şəhərlərdə, o cümlədən Parisdə fransalılar saat 20:00-a qədər (Bakı vaxtı ilə saat 22:00) səs verə biləcəklər.

 

Qeyd olunur ki, seçkilərin ilk nəticələrinin yerli vaxtla saat 20:00-dan sonra açıqlanacağı gözlənilir.