Türkiyə-İran münasibətləri gələcəkdə daha yaxşı olacaq.
Viral.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyadan qayıdarkən verdiyi açıqlamada deyib.
Son Yazılar:
- 5 il cavanlaşmaq istəyənlərə dəyərli MƏSLƏHƏT
- Buzlu suda çimmək faydalıdırmı? – ARAŞDIRMA
- B vitamininin faydaları və ÇATIŞMAZLIQLARI
O, bildirib ki, regionda İranla ən yaxşı əlaqələrə malik ölkə Türkiyədir:
“Bu yaxınlarda İranda seçki oldu və Azərbaycan əsilli türk prezident seçildi. Yeni prezident Məsud Pezeşkiyan türk kimliyini gizlətməyən biridir. Məsələn, Təbrizdə türkcə danışır. Amma kürd bölgələrinə gedəndə orada kürdcə danışa bilir. O, həm də fars dilini gözəl bilir. İran bizim tarixi və mədəni əlaqələrimiz olan mühüm qonşudur. Yeni dövrdə Türkiyə-İran ikitərəfli əlaqələrinin artan templə müsbət istiqamətdə inkişaf edəcəyini gözləyirəm”.