Londonda Fələstinə dəstək aksiyası keçirilib

Londonda parlament və hökumət binalarının olduğu Vestminster ərazisində keçirilən Fələstinə dəstək aksiyası zamanı polis və aksiya iştirakçıları arasında qarşıdurma yaranıb.

Viral.az BBC telekanalına istinadla xəbər verir ki, etiraz aksiyası zamanı 3 polis məmuru yaralanıb, 40 nəfər saxlanıb.

Polisin bildirdiyinə görə, Fələstin Həmrəylik Qrupu da daxil olmaqla müxtəlif qrupların koalisiyası tərəfindən təşkil edilən etiraz aksiyası dünən (mayın 28-də) saat 18:00 radələrində başlayıb və axşam saat 20:00-da bitməsi planlaşdırılıb. Ancaq aksiya iştirakçılarından təxminən 500-ə yaxını ərazini tərk etməyib və bunun nəticəsində polislə qarşıdurma yaranıb.

Son Yazılar:

Polis məmurlarından biri izdihamdan butulka atılması nəticəsində üz nahiyəsindən ciddi yaralanıb, iki məmur isə yüngül xəsarət alıb.