Fransanın Baş naziri istefa VERƏCƏK

Fransanın baş naziri Qabriel Attal parlament seçkilərinin ilkin nəticələrini açıqladıqdan sonra istefa verəcəyini bəyan edib.

 

Viral.az xəbər verir ki, o, iyulun 8-də istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edəcəyini bildirib.

Son Yazılar:

 

“Bu gecə təmsil etdiyim siyasi partiya səs çoxluğu qazana bilmədi. Sabah səhər mən istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm”, – deyə Qabriel Attal bildirib.

 

O qeyd edib ki, yeni hökumət qurulana qədər baş nazir vəzifəsini davam etdirəcək.

 

Attal 2024-cü ilin yanvarından hökumətə sədrlik edir.