Xaçmazda 5 ailənin yaşadığı evdə YANĞIN

Xaçmazda 5 ailənin yaşadığı evdə yanğın olub.

 

Viral.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Son Yazılar:

 

Bildirilib ki, Xaçmaz rayonunun İstisu qəsəbəsində bir dam altında tikilən birmərtəbəli kommunal tipli beş ailənin yaşadığı evlərdən ümumi sahəsi 40 m² olan 2 otaqlı evin yanar konstruksiyaları, taxta konstruksiyadan ibarət dam örtüyünün yanar konstruksiyaları və bitişik sahəsi 40 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı 20 m² sahədə yanıb.

 

Evlərin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.