Pezeşkian İran prezidenti kimi nə vaxt and içəcək?

İranda keçirilmiş növbədənkənar prezident seçkilərinin qalibi Məsud Pezeşkianın andiçmə mərasimi, eləcə də yeni hökumətin təyinatı yaxın vaxtlarda baş tutacaq.

Viral.az İran KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Əhməd Vəhidi deyib.

İran siyasətçilərinin islahaçılar qanadının namizədi, milliyətcə Azərbaycan türkü Məsud Pezeşkian prezident seçkilərinin ikinci turunda 16 milyondan çox səs toplayaraq ölkənin 9-cu prezidenti olub. Onun rəqibi, mühafizəkarlar qanadının nümayəndəsi Səid Cəlili 13,5 milyon səs toplayıb.

Son Yazılar:

İran Seçki Qərargahının məlumatına görə, ümumilikdə 30 milyon 573 min 931 səs hesablanıb və bu seçicilərin 49,8 faizi deməkdir.

M.Pezeşkianın inauqurasiyasının tarixi və yeni hökumətin qurulma vaxtının tarix bu həftə elan olunacaq.