Almaniyada təşkil olunan Avropa çempionatının yarımfinalında baş tutacaq İspaniya – Fransa matçının hakimləri müəyyənləşib.
Viral.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmanı sloveniyalı hakimlər briqadası idarə edəcək.
Son Yazılar:
- Prezidentin Qarabağ Universitetinin açılışındakı çıxışının TAM MƏTNİ
- “Cərrahi platforma” adlı tədris portalının təqdimat mərasimi keçirildi
- Bağçada uşağa fiziki təzyiq göstərən müəllim və dayə işdən QOVULDU
Görüşün baş hakimi Slavko Vinçiç olacaq. Ona Tomaj Klançik və Andraj Kovaçiç kömək edəcək. Dördüncü hakim funksiyasını İvan Krujlyak yerinə yetirəcək.
VAR hakimi Neyts Kaytazoviç, onun köməkçiləri isə italiyalı Paolo Valeri və Massimiliano İrrati olacaq.
Qeyd edək ki, İspaniya – Fransa matçı iyulun 9-da, saat 23:00-da keçiriləcək.