Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında yarımfinal mərhələsinin oyunlarına hakim təyinatları açıqlanıb.
Viral.az xəbər verir ki, İspaniya və Fransa yığmaları arasında keçiriləcək görüş sloveniyalı Slavko Vinçiçə həvalə olunub. Ona həmyerliləri Tomaj Klançik və Andraj Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını İvan Krujlyak yerinə yetirəcək.
Son Yazılar:
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
- 2024-cü ildə rekord sayda humanitar işçi ölümü qeydə alınıb
VAR hakimi Neyts Kaytazoviç olacaq.
Niderland–İngiltərə qarşılaşmasını isə Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın referisi Feliks Zvayer olacaq. Ona yan xətt hakimləri Stefan Lupp və Marko Açmüller kömək edəcəklər.
VAR-da isə Kristian Dingert yer alacaq.