Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöbəsi əməkdaşları narkotik tərkibli çətənə kollarının kultivasiya ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.
DİN-dən Viral.az-a bildirilib ki, nəticədə Bilgəh qəsəbə sakinləri 1969-cu il təvəllüdlü Fərhad Muradov və əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Həsən Novruzov saxlanılıblar. Onların həyətyanı sahələrindən xüsusi qulluq edərək yetişdirdikləri ümumi çəkisi 20 kiloqram olan 40 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Son Yazılar:
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
- Netanyahu Britaniyaya gəlsə, həbs olunacaq
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix AÇIQLANDI
Faktlarla bağlı cinayət işləri başlanılıb. Arşadırmalar davam etdirilir.