Sabiq erməni nazirin malikanəsi müsadirə olundu

ABŞ məhkəməsi Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın ailəsinə məxsus Los-Ancelesdəki malikanənin müsadirə edilməsinə qərar verib.

 

Viral.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Son Yazılar:

 

Qərara əsasən, cinayət mənşəli mülkiyyət hesab edilən malikanə ən yüksək bazar qiymətinə satılacaq.

 

Məhkəmə malikanənin müsadirə edilməsi və satılması barədə qərarı Ermənistan Baş Prokurorluğu ilə ABŞ-nin müvafiq orqanlarının əməkdaşlığı nəticəsində qəbul edib. Hazırda erməni və amerikalı tərəflər malikanənin satışından əldə ediləcək məbləğin böyük hissəsinin Ermənistana qaytarılmasını təmin etmək üçün danışıqlar aparır.

 

Qeyd edək, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsi bundan əvvəl keçmiş nazirin oğulları – Qurgen və Artem Xaçatryanlara qarşı cinayət işi açıb. Ermənistan və ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşlığı nəticəsində ABŞ-də müvafiq məhkəmə prosesi başlayıb.