Yağ çatışmazlığının təhlükələri – Həkimdən XƏBƏRDARLIQ

“Orqanizmdə yağ toxumasının çatışmazlığı kompleks sağlamlıq problemlərini təhdid edir”.

Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə endokrinoloq Zuxra Pavlova xəbərdarlıq edib.

Endokrinoloqun fikrincə, həm orqanizmdə artıq piylər, həm də onun olmaması sağlamlığa zərərlidir.

Son Yazılar:

“Yağ toxumasında çox sayda həyati vacib maddələr sintez olunur, bəziləri iltihabı təhrik edir, digərləri isə əksinə, onu boğur”.

Endokrinoloq xəbərdarlıq edib ki, yağ toxumasının çatışmazlığı immunitet sisteminin zəifləməsinə gətirib çıxarır və həmçinin osteoporozun inkişafına səbəb olur.

“Yetkinlik dövründə yağ toxuması çatışmazlığı olan bir qadının, yağ toxuması normal və ya hətta bir qədər çox inkişaf etmiş bir qadına nisbətən osteoporoz inkişaf riski əhəmiyyətli dərəcədə yüksəkdir”, – deyə Pavlova bildirib.

Sonda əlavə edib ki, piy toxuması daxili orqanları qoruyan və onları yerində saxlayan amortizatordur, ona görə də onun mövcudluğundan qorxmaq lazım deyil.

“Normalda piylərin miqdarı qadınlarda 31, kişilərdə isə 24 faizdən çox olmamalıdır”, – deyə həkim əlavə edib.

(redaktor.az)