Ukraynanın xilasetmə xidməti bu gün səhər saatlarında Rusiyanın Ukrayna şəhərlərinə endirdiyi raket zərbəsi nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları açıqlayıb.
Viral.az xəbər verir ki, qurum 33 nəfərin həlak olduğunu, 140 nəfər yaralandığını təsdiqləyib.
Kiyevdə 22, Dnepropetrovsk vilayətində isə 11 nəfərin həlak olduğunu bildirir.
Son Yazılar:
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
- Bu tarixdən iş GÜNÜDÜR
140 yaralıdan 74-ü Kiyevdə, ikisi Kiyev vilayətində, 64-ü Dnepropetrovsk vilayətində olub.
Dağıntılar altından 19 nəfər xilas edilib.
İyulun 8-də səhər saatlarında Rusiya Ukrayna şəhərlərinə iri raket zərbələri endirib. Ukraynanın ən böyük uşaq xəstəxanası olan Oxmatdıt qismən dağılıb. Ölkənin səlahiyyətli orqanları xəstəxanada iki nəfərin öldüyünü bildirib. Uşaqlar da daxil olmaqla daha 16 nəfər yaralanıb.