Kanadanın ən uzun çayı olan “Mackenzie” çayı isti və quru hava səbəbindən rekord səviyyəyə düşüb.
Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə “CTV” telekanalı məlumat yayıb.
Hidroloq Rayan Konorun sözlərinə görə, çay artıq 2 m dayazlaşıb. Konnor bunu isti və quru hava, eləcə də davam edən iqlim dəyişikliyi ilə əlaqələndirib.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
“Mackenzie” çayı 1738 km uzunluğundadır və Kanadanın beş qərb bölgəsindən keçir.
Çayın dayazlaşması səbəbindən Kanadanın yerli xalqlarının əsasən yaşadığı ucqar yaşayış məntəqələrinə yüklərin çatdırılması çətinləşir, çünki bu ərazidə yolların olmaması səbəbindən nəqliyyat su ilə həyata keçirilir.
(redaktor.az)