Son illərdə populyarlaşan fasiləli oruc hələ də üstünlüyünü qorumağa davam edir.
Viral.az medicina-ya istinadən xəbər verir ki, ən məşhur fasiləli oruc növlərindən biri 16/8-dir.
Bu üsulda birinci yeməklə ikinci yemək arasında 8 saat, son yeməklə növbəti günün birinci yeməyi arasında isə 16 saatlıq fasilə olur. Bir sözlə, arıqlamaq üçün nə yediyiniz qədər, yeməyi nə vaxt yediyiniz də böyük əhəmiyyət daşıyır.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
Uzman dietoloq Yeşim Ay Atik sosial medianın təsiri ilə məşhurlaşan bu qidalanma yanaşmasının mənfi və müsbət cəhətlərindən danışıb.
O, fasiləli orucun hər kəs üçün uyğun olmadığını vurğulayıb. Dietoloq xüsusilə də xroniki sağlamlıq problemi olanların, hamilə və ya süd verən qadınların, qidalanma pozğunluğu olanların və yeniyetmələrin sağlamlıq riskləri ilə üzləşə biləcəkləri barədə xəbərdarlıq edib.
Fasiləli orucun üstünlükləri:
– Çəki nəzarətini təmin edir və metabolik sağlamlığı yaxşılaşdırır
– Hüceyrələri yeniləyir və təmir edir.
– Beyin funksiyalarını qoruyur.
– Digər pəhrizlərlə müqayisədə daha asan tətbiq edilir.
Fasiləli orucun mənfi təsirləri:
– Enerji kəskin aşağı düşür.
– Dehidrasiya riski artır.
– Uzun müddət heç nə yeməmək orqanizmdə natrium, kalium və digər mineralların balansını poza bilər.
– Vaxt məhdudiyyəti insanların sosial münasibətlərinə mənfi təsir edə bilər.
– Stress yaradır.
Qeyd edək ki, fasiləli orucla bağlı aparılan bəzi araşdırmalar onun çox yararlı olduğunu üzə çıxarsa da, digər araşdırmalar tam əks nəticə göstərib.
Məsələn, Amerika Ürək Dərnəyinin mart ayında keçirdiyi konfransda bu cür pəhrizlərə əməl edən insanlarda ürək-damar xəstəliklərindən ölüm riskinin 91 faiz daha yüksək olduğu bildirilib. Xroniki xəstəliklərdən və ya xərçəngdən əziyyət çəkən insanlar arasında oruc tutanların ürək xəstəliyi və ya insultdan ölmə riskinin 66 faiz çox olduğu qeyd olunub.