“Biz yaxın vaxtlarda Azərbaycanın Tehrandakı səfirliyinin yenidən açılmasının şahidi olacağıq”.
Viral.az xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Seyid Abbas Musəvi “Mehr” Agentliyinə müsahibəsində bildirib.
Lakin keçmiş səfir Azərbaycanın Tehrandakı səfirliyinin işinin bərpasına dair konkret vaxt açıqlamayıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Seyid Abbas Musəvinin sözlərinə görə, İranda hakimiyyətə Məsud Pezeşkianın dövründə Azərbaycanla münasibətlərin yaxşı istimqaətdə inkişafına şahidlik edəcəyik.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumu həyata keçirilib.
Hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, iki əməkdaş – Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.
Bu hadisədən sonra Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini dayandıraraq, diplomatları təxliyə edib.