Estoniya Respublikasının Prezidenti Alar Karis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Viral.az xəbər verir ki, təbrikdə deyilir:
Son Yazılar:
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
- 2024-cü ildə rekord sayda humanitar işçi ölümü qeydə alınıb
“Əziz Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ümidvaram ki, Estoniya ilə Azərbaycan arasında əməkdaşlıq gələcəkdə daha da dərinləşəcəkdir. Tarixin bu çətin dövründə sabitlik və yaxşı münasibətlər ən böyük dəyərdir, xüsusən də Ukraynada və Yaxın Şərqdə gedən müharibələrin bütün dünyaya dağıdıcı təsirini davam etdirdiyi və dünyada digər çoxsaylı böhranların yaşandığı bir vaxtda. Bu xüsusda ədalətli və davamlı sülhə doğru irəliləmək, eləcə də digər qlobal çağırışlarla mübarizə aparmaq üçün əməkdaşlığımız həmişəkindən daha vacibdir.
Hörmətli Prezident, xahiş edirəm, mənim ən yüksək ehtiramımı, Azərbaycan Respublikasının, onun xalqının rifahı və firavanlığı naminə ən xoş arzularımı qəbul edin”.