“Finlandiyanın NATO-ya üzvlüyü əhəmiyyətli xərclər gətirsə də, onun maliyyə nəticələri ictimaiyyətə açıqlanan məlumatlara əsasən müzakirə olunmur, bu xərclər milyardlarla ölçülə bilər”.
Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Audit Xidməti məlumat yayıb.
“Finlandiyanın NATO-ya üzvlüyünün iqtisadi nəticələri ilə bağlı ictimai məlumat fraqmentli və qeyri-müəyyən olaraq qalır. Onun əsasında dəqiq qiymətləndirmə aparmaq mümkün olmasa da, belə görünür ki, NATO-ya üzvlüklə bağlı ümumi xərclər yüz milyonlarla, hətta milyardlarla ölçülən olacaq”, – Departamentin internet saytındakı Blog bölməsində baş auditor Juho-Matti Paavola yazır.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Hesabatda qeyd olunur ki, digər məsələlərlə yanaşı, NATO-ya üzvlüklə birbaşa bağlı olan xərclər NATO-nun ümumi büdcəsinin maliyyələşdirilməsində iştirak və şəxsi heyətin NATO təsisatlarına və hərbi komandanlıq strukturuna ezamiyyətə göndərilməsi ilə bağlıdır. Birbaşa xərclərdən əlavə, NATO-ya üzvlük dolayı xərclərlə gəlir: NATO-nun kollektiv müdafiə səyləri və əməliyyatlarında iştirak, müxtəlif layihələr və hazırlıq tələblərinə cavab verir. Hesabatda bildirilir ki, üzvlük haqqının tam dəyəri və ölkə iqtisadiyyatına təsiri hələlik dəqiq qiymətləndirilə bilməz.
Finlandiya 4 aprel 2023-cü ildə Şimali Atlantika Alyansına üzv olub.
(redaktor.az)