Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 9-da Vaşinqtonda NATO-nun 75 illiyi münasibətilə ABŞ prezidentinin adından təşkil olunmuş rəsmi qəbulda iştirak edib.
Viral.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Mirzoyan NATO-ya üzv və tərəfdaş ölkələrin xarici işlər nazirləri ilə danışıb.
ABŞ dövlət katibi Antoni Blinken ilə Ermənistan-ABŞ ikitərəfli gündəliyi və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.