Məzahir Pənahovdan sərt xəbərdarlıq – Tələbləri pozanlar cəzalandırılacaq

Seçki məntəqələrində tələbləri pozanlar cəzalandırılacaq.

 

Viral.az xəbər verir ki, bunu iyulun 10-da Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə çıxış edərkən MSK sədri Məzahir Pənahov deyib.

Son Yazılar:

 

O, dairə seçki komissiyalarının rəhbərlərinə və üzvlərinə xəbərdarlıq edib.

 

“İnsanlarla davranış qaydalarına diqqət etməlisiniz. Hər hansı bir pozuntunun, neqativ halın olmasına yol verilməməlidir. Əgər sizdən asılı olmayan çatışmazlıq, məsələ olarsa, MSK-ya müraciət etməlisiniz. Bu, ölkə əhəmiyyətli məsələ olduğu üçün şəxsi marağınız arxa planda qalmalıdır”.