Seçici siyahılarında dünyasını dəyişmiş şəxslər olmasın!

“Çalışmalıyıq ki, seçici siyahılarında dünyasını dəyişmiş şəxslər olmasın”.

Viral.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

“Qarşıdakı əsas məsələ seçki prosesinin qanunvericiliyin bütün tələblərinə cavab verməklə keçirilməsini təmin etməkdir.
Qeyd edim ki, parlament seçkiləri ilə bağlı işğaldan azad edilmiş altı rayonda daha səkkiz daimi seçki məntəqəsi yaradılıb. Bundan əlavə, bu günə qədər azad edilmiş ərazilərə 1997 ailə köçürülüb. Ümumilikdə həmin ərazilərdə 26 seçki məntəqəsi fəaliyyət göstərəcək”,- deyə o bildirib.

Son Yazılar: