“Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin keçirdiyi sorğuda respondentlərin 54,8%-i baş nazir Nikol Paşinyanın işini mənfi qiymətləndirib.
Viral.az xəbər verir ki, bunu iyulun 10-da jurnalistlərlə görüşdə nümayəndəliyin direktoru Aram Navasardyan bildirib.
O, əlavə edib ki, 13,4% respondent Ermənistanın baş nazirinin işini tam müsbət, 21,7% kifayət qədər müsbət, 14,5%, kifayət qədər mənfi, 40,3% tamamilə mənfi qiymətləndirib .
Son Yazılar:
- Prezidentdən nazirlə bağlı SƏRƏNCAM
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
10,1% respondent bu suala cavab verməkdə çətinlik çəkib.
Navasardyanın sözlərinə görə, respondentlərin 16,7%-i Ermənistan hökuməti tərəfindən həyata keçirilən sərhədlərin delimitasiyasına tamamilə müsbət yanaşır. Bu prosesə respondentlərin 21,2%-i kifayət qədər müsbət, 17,5%-i kifayət qədər mənfi, 39,4%-i tamamilə mənfi rəy bildirib.
5,2% bu suala cavab verməkdə çətinlik çəkib.
Aram Navasardyan bildirib ki, keşiş Baqrat Qalsanyanın da reytinqi aşağı düşüb. Belə ki, rəyi soruşulanların 18,3 faiz keşişin rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatına tam müsbət münasibət bəslədiyini deyib. Halbuki, may ayında həmin göstərici 35,1% idi.
32,4% Baqrat Qalsanyanın fəaliyyətinə tamamilə mənfi qiymət verib. May ayında bu göstərici 23,5% idi.
Respondentlərdən soruşulub ki, “əgər gələn bazar günü parlament seçkiləri olsa, hansı partiyaya səs verəcəksiniz?”.
Bu suala cavab verənlər birinci yerdə Nikol Paşinyanın rəhbəri olduğu “Mülki müqavilə” partiyasının göstəriblər.
Belə ki, sorğunun nəticələrinə görə, “Mülki müqavilə” 14,4%, “Ermənistan Alyansı” 3,7 %, “Mənim şərəfim var” partiyası 2,3%, “Respublika” partiyası 0,6% səs toplayıb.