Bu gündən etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunacaq. Qasırğanın şiddəti zaman-zaman güclənəcək.
Viral.az xəbər verir ki, zəif səviyyəli qasırğa bu axşam saat 21:00-dan 00:00-adək etibarən hiss ediləcək.
Qasırğa ayın 11-i səhər saat 06:00-dan başlayaraq yenidən aktivləşəcək. Sabah səhər saat 09:00-11:00 aralıqlarında zəif geomaqnit qasırğası müşahidə olunacaq. Daha sonra – saat 15:00-da şiddətlənərək yerini kiçik geomaqnit qasırğasına verəcək.
Son Yazılar:
- Bakıda 16 yaşlı qız itkin DÜŞDÜ
- 8-ci sinif şagirdi HELİKOPTER maketi hazırladı – VİDEO
- Tanınmış xanəndə vəfat etdi – FOTO
1 gün fasilədən sonra Yerdə iyulun 13-ü saat 18:00-dan, ayın 16-sı saat 15:00-adək kiçik geomaqnit qasırğası hiss ediləcək.
Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.
Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.