Gürcüstan prezidenti Salome Zurabişvili hökuməti Qərbə qarşı “düşmənçilik siyasəti” yürütməkdə ittiham edib.
Viral.az xəbər verir ki, Zurabişvili bu barədə sosial şəbəkə hesabında yazıb. O, ABŞ-ın bu il üçün nəzərdə tutulan “Layiqli tərəfdaş” adlı gürcü-amerikan təlimlərini ləğv edilməsinin səbəbini bununla izah edib.
Prezident həmçinin bildirib ki, məhz həmin siyasətin nəticəsidir ki, Avropa İttifaqı Gürcüstanın müdafiə sektoruna 30 milyon avro ayırmağı dondurub.
Son Yazılar:
- UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin daha iki matçı KEÇİRLƏCƏK
- Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı endi
- Bakıda güclü külək əsir – FAKTİKİ HAVA
S.Zurabişvili Gürcüstanın siyasi çoxluğunun seçdiyi siyasi xətti, eləcə də hakim “Gürcü arzusu” partiyasını düşüncəsiz adlandırıb.
Xatırladaq ki, bu gün Almaniyanın da Gürcüstanla əməkdaşlıq proqramlarına yenidən baxmağa başladığı da məlum olub.